az · ru · en

21.05.2010 | Yer Günü!

Mayın 20- də YER GÜNÜNƏ həsr olunmush tədbirdə 6-9-cu siniflər biologiya fənni üzrə slayd təqdimatinda istirak etdilər (biologiya müəllimi Nailə Rəhimova).Multi-mediya, videomateriallar və Microsoft Power Point, Windows Movie Maker, MİMİO programlarında gurulan müxtəlif bioloji mövzularda işlər marağlı və nadir bitki və heyvanları, dünyanın milli nabatat bağlarinı, beyinin problemlərini( emosialar, yuxu və yaddaş) və proqramm əsasında keçilmiş dərslərdə əhatə olunmuşdur. Bu yarışmada hamı qalib müəyyən olundu. Maraqlı nominasiyaların sırasında ən elmi-tədqiqatlı, ən əhatəli, ən aktual, ən məlumatlı, ən gülməli, ən “müalicəvi”, ən maraqlı, ən musiqili, ən qısa , en ekstremalda qeyd olundu. Təqdimatlar azərbaycan, rus və ingilis dillərdə səslənmişdi. Bütün iştirakçılar bilologiya dərslərində əldə edilən bilik və bacarıqlarını nümahiş etdilər. Qəribov Orxan, Musayeva Züleyxa, Əliyev Taleh, Xaddat Mariya, Nərgiz, Əzizova Nəzrin, Ağazadə Cona, Rzayevə Ayan, Həsənov Məmməd, Əliyev Vüqar, Məmmədov Ayxan,Ceyxun və Azad Guliyevlər, Urşanə və Minarə İsmayilovalar, Eminbəyli Cavadxan və Süleyman, Əsədov Ağa-İsmayil xüsusi qeyda alındılar. Onlar diplom və hədiyyələrlə təltif olundular.



Orta məktəb şagirdlərinin nəzərinə!

Qərb Universiteti nəzdində orta məktəbdə 2010-cu il aprel ayının9-dan etibarən (hər cümə) Açıq qapı günləri (saat 9:00-dan 16:00-dək)və aşağıdakı fənlər üzrə müsabiqələr (saat 14:00-dan 16:00-dək) keçiriləcək.

09.04.10

İngilis dili

16.04.10

İnformatika

23.04.10

Azərbaycan dili, Rus dili

30.04.10

Tarix

07.05.10

Coğrafiya

14.05.10

Cəbr

21.05.10

Fizika

 

Bütün iştirakçılara sertifikatlar veriləcək, birinci 3 yeri tutan şagirdlər isə mükafatlandırılacaqlar. Müsabiqədə bütün məktəblərdən şagirdlər iştirak edə bilərlər. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

 

Bakı AZ 1001, Istiqlaliyyət küç. 27.

Tel: 492 61 63; 492 77 24

E:mail; administration@wu.edu.az


Miniatür Kitab muzeyində.

Qərb Universiteti nəzdində orta məktəbin VI və VII sinif şagirdləri Miniatür Kitab muzeyində olmuşlar. Azərbaycanın əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təsis etdiyi muzeydə dünyanın 62 ölkəsində nəşr edilmiş 4350 miniatür kitab nümayiş etdirilir. Mini kitablardan ən kiçiyi 2x2 mm-dir və o Yaponiyanın “Toppan” nəşriyyat evinə məxsusdur. Muzeydə toplanmış mini-kitablar, mikro və nadir kitablar, dini miniatür kitablar şagirdlərin böyük marağına səbəb olur. İngilis dili müəllimi Əfəndiyeva Nərgiz rəy və təkliflər kitabında öz ürək sözlərini yazıb bələdçiyə minnətdarlığını bildirdi. >>Qalereyaya keçid<<



19.01.2010 | 20 Yanvar.

Qərb Universiteti nəzdində orta məktəbin şagirdləri xalqımızin and yeri, qibləgahı sayılan «Şəhidlər xiyabanı»nı ziyarət etmişlər və azadlığımiz uğrunda qəhramanlıqla şəhid olmuş şəhidlərimizin məzarları üstünə tər qərənfillər qoymuşdular. Şagirdlərə 1980-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda keçmiş SSRİ-nin silahlı qüvvələri tərəfindən törədilmiş bu qanlı cinayət barəsində ətraflı məlumat verilmişdir. Bu hadisə xalqımızın yaddaşına qəhrəmanlıq hadisəsi kimi qalacaq.




25.12.2009 | 6 saylı internat məktəbi

25 dekabr tarixində Qərb Universiteti nəzdində orta məktəbin 8A və 9A sinif şagirdləri Saray qəsəbəsində yerləşən 6 saylı internat məktəbdə olmuşdular. Xatırladaq ki, bu internat məktəbdə əlil və müəyyən fiziki qusurları olan yüz qırx nəfərə yaxın müxtəlif yaşlarda olan uşaqlar vardı. Şagirdlərimiz uşaqların yaşadıqları otaqlarla, mətbəx və siniflər ilə tanış oldular.


Yeni il tamaşası!!!

1R və 2R şagirdləri Yeni il tamaşası hazırlamışdılar. Tamaşaçılar 2R sinif şagirdlərinin ifasında “Morozko” nağılının müasir quruluşuna baxdılar. Sonra isə 1R sinif şagirdləri ilə birlikdə nağıllar aləminə yeni il şənliyinə səyahət etdilər. >>Qalereyaya keçid<<


Azərbaycan tarixi muzeyi və H.Z.Tağıyevin ev muzeyi.

Qərb Universiteti nəzdində orta məktəbin şagirdləri Azərbaycan tarixi muzeyində və məşhur neft milyonçusu olan, öz xeyriyyəçi əməlləri ilə xalqımızın böyük rəğbətini qazanmış Hacı Zeynalabdin Tağıyevin ev muzeyində olmuşlar. H.Z.Tağıyevin ev muzeyi XIX əsrin sonunda özünün sifarişi ilə polyak memarı tərəfindən tikilmişdir. Deyilənə görə H.Z.Tağıyev bu binanı həyat yoldaşı Sona xanımın şərəfinə tikdirmişdi. Bina olduqca gözəl memarlıq üslübunda tikilmişdi. Hazırda həmin binada Azərbaycan tarix muzeyi və H.Z.Tağıyevin ev muzeyi yerləşir. Azərbaycan tarixi muzeyində zəngin tarixi eksponatlarla tariximizin bütün dönəmləri canlandırılmışdı. Xüsusilə “Azıx” mağarası və Qobustan abidəsi təsvirlərinin özünəməxsus əhəmiyyəti vardı. H.Z.Tağıyevin ev muzeyində hər bir şey əvvəllər olduğu kimi saxlanılmışdı. Muzey olduqca zəngin və maraqlı idi. Şagirdlər böyük həvəslə qulaq asır, onları maraqlandıran suallar verirdilər. >>Qalereyaya keçid<<




Ü.Hacıbəyovun ev muzeyi.

Qərb Universiteti nəzdində orta məktəbin şagirdləri Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun ev muzeyində olmuşlar. Üzeyir Hacıbəyov bu evdə 1915-ci ildən 1942-ci ilədək yaşamışdır. Ev muzeyində olan hər bir əşya əvvəllər olduğu kimi saxlanılmışdır. Kabinetdə asılmış saatı vaxtı həmişə dəqiq göstərdiyi üçün Ü.Hacıbəyov “mənim ağıllı saatım” adlandırmışdır. Daha Ətrəflı>>>




25.11.2009 | Elmi muzeyi.

Şəhərimizin elmi- tədqiqat axtarışlarıla məşhur olan Həsənbəy Ordubadı adına unikal təbiətçunaslıq muzeyinə səfər məktəbin 8-ci sinif şagirdləri tərəfindən göstərilən marag bizim respublikamızın “Gırmızı kitaba” daxil olan hal-hazirda və keçmişdə yaşayan növ və fauna muxtəlifliyini bir daha subut etdi. Burada keçirilən “Baliglar” və “Sürünənlər” mövzusuna aid dərs şagirdlərin bilikləri və əldə edilən məlumatlar interaktiv şəkildə keçirildi. >>Qalereyaya keçid<<



11.11.09 | Anatomik muzeyində dərs.

Bu gün (11 noyabr) Bədən Tərbiyəsi Akadumiyasinin anatomik muzeyi əsasında “Dayag-hərəkət sistemi” və “Əzələlər” mövzularına aid ümumləşdirici dərs keçirilmişdi. Biologiya müəllimi N. Rıhimovanin maraqlı izahatı 9-cu sinif şagirdlərində böyük maraq oyatdı. >>Qalereyaya keçid<<



28.09.2009 | Təbriklər!

2008/2009-cu tədris ilində Qərb Universiteti nəzdində orta məktəbin XI sinfini bitirib və qəbul imtahanlarında 675 bal toplamış Əliyev Sənan İsa oğlunu 2009/2010-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi münasibətilə təbrik edirik. Daha ətraflı>>>




13.05.2009 | Qalagapı turniri.

“Western Jutior” komandası Qalaqapı oyunu üzrə Azərbaycanın komanda yarışlarının ali liqasina daxil olub və komandanın təsnifat yaz turniririnə artıq start verilib. Turnir 3 həftə ərzində keciriləcək Bu turnirdə 10 nəfər oyuncular arasında 3-ü Bakı və Respublika yarislarında rütbələrə layiq görülüb, 4 nəfər isə respublika reyting cədvəlinə daxil olunublar. Turnirin son nəticələri may ayının 15 kimi saytda işıqlanacaq.

Aşağıda Qalaqapı oyunu üzrə təsnifat cədvəli verilir: Reytinq-2139-yekun




02.05.2009 | Şirvann qoruğunun ərazisində dərs.

Tək və cütdırnaglılar mövzusuna aid interaktiv dərs ötən şənbə mayın 2-də Şirvann qoruğunun ərazisində keçirildi. Səlyan rayonunun yarımsəhralıq zonasında yerləşən bu qoruq 1969 ildə yasaq şəklində yaranmışdı. 77 ceyran fərdi ilə sayilan bu arealda hal-hazırda 8 minə kimi fərd gorunub saxlanılıb. Bu Gavkazda ceyranın ən böyük arealıdır. 2005 ildə Prezidentin fərmanı ilə yasaq qoruğa çevrilib. Daha ətraflı>>>




28.04.2009 | Şairə xanım Lətifə Nuranla ilə görüş.

28 aprel 2009-cu il tarixində Qərb Universiteti nəzdində orta məktəbdə şairə xanım Lətifə Nuranla çox maraqlı görüş keçirildi. Poeziya günündə məktəbimizin VIA, VIIA, VIIR1, VIIR, VIIIA, IXA, XA sinif şagirdləri, müəllim heyəti və dəvət onunan digər qonaqlar iştirak etdilər. Poeziya gününün açılışı şairə xanım Lətifə Nuranın həyat və yaradıcılığının qısa icmalı ilə başlandı. Azərbaycan Yazıçılar Birliyinin üzvü Daha ətraflı>>>




08.04.2009 | Fransız dilinin ən yaxşı tələffzü müsabiqəsi.

Çərşənbə günü aprelin 8-də Qərb Universiteti nəzdində orta məktəbdə 5-8-ci sinif şagirdləri arasında fransız dilinin ən yaxşı tələffzü müsabiqəsi keçirilib. Müsabiqənin ilk mərhələsində fransız dilinin öyrənilməsinin əsas məqsədi şifahi nitqin və tələffüzün inkişafıdır. Şagirdlər fransız dilinin şagirdlər tərəfindən qavranılmasını aşkara çıxardı. Müsabiqənin münsiflər heyətində Qərb Universitetinin “Qərb dilləri” kafedrasının müdiri Samirə Quliyeva, fransız dili müəllimləri İradə Kazımova və Səbinə Yaqubova başçılıq edirdilər. Daha ətraflı>>>




06.04.2009 | Hörmətli müəllimlər və şagirdlər!

Qərb Universiteti nəzdində orta məktəbdə 2009-cu il aprel ayının Aprelin 8-i saat 15:00-da 5-6-cı siniflər arasında fransız dilində ən yaxşı tələffüz üzrə müsabiqə keçiriləcəkdir. Üç qalib mükafatlandırılacaq.



01.04.2009 | Orta məktəb şagirdlərinin nəzərinə!

Qərb Universiteti nəzdində orta məktəbdə 2009-cu il aprel ayının 10-dan etibarən (hər cümə) Açıq qapı günləri (saat 9:00-dan 16:00-dək) və aşağıdakı fənlər üzrə müsabiqələr (saat 14:00-dan 16:00-dək) keçiriləcək. Daha ətraflı>>>





12.03.2009 | Doğma yurdum -Azərbaycan!

Ötən ilin dekabrında elan olunmuş “Doğma yurdum-Azərbaycan” adlı müsabiqə martın 12-si davam edildi və Novruz bayramına həsr olundu. Müsabiqə Azərbaycanın bir çox bölgələrini onların içində Şəki, Zaqatala, Quba, Naxçıvan, Lənkəran, İsmayillı, Qarabağ və Bakı şəhərini əhatə etdi. Böyük elmi-tədqiqat işini apararaq şagirdlər seçdikləri bölgələrin tarixini, etnoqrafik məlumatlarla yanaşı həmin bölgələrin flora və faunası barəsində də geniş faktlar toplamışlar. Müxtəlif vilayətlərin mətbəxini detallıqla izləyən uşaqlar tələbkar münsiflər heyətinin qarşısına özləri bişirdikləri şirniyyatları da təqdim etdilər. Daha ətraflı>>>






28.02.2009 | Qalaqapı (Qo) üzrə Azərbayjan Respublikası birinciliyi.

28 fevral-1 mart tarixində keçirilən Azərbayjan Respublikası birinciliyi uğrunda Qalaqapı (Qo) idman növü üzrə yeniyetmələr və gənclər arasında yarışmalarda bizim məktəbin Qalaqapı seksiyasının nümayəndələridə iştirak etdilər. Qızlar arasinda 12 yaşa gədər Daha ətraflı>>>





26.02.2009 | Xocalı soyqırımının 17-ci ildönümü.

26.02.2009-cu il tarixində saat 11:00-da Qərb Universitetinin akt zalında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, tarix elmlər namizədi Cəbi Bəhrəmov açdı. Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsi Daha ətraflı>>>



21.02.2009 | Ingilis dili gecəsi.

21.02.2009 | Ingilis dili gecəsi. 20.02.2009-cu il tarixində Qərb Universiteti nəzdində orta məktəbdə çox maraqlı bir tədbir – ingilis dili gecəsi keçirildi. Tədbirin iştirakçıları rus bölməsinin VII sinif şagirdləri idi. Gecənin proqramına V.Şekspirin şeirləri, sonetləri, “Romeo və Julyetta” faciəsindən bir parça, müasir bəstəkarların ingilis dilində mahnıları, rus və ingilis dillərində “Podmoskovnıye veçera” retro mahnısı, Fərhadov Tural və Emçiyeva Diananın ifasında “Anastasiya” cizgi filmindən vals daxil idi. Gecədə “Mahnının sözlərini tap” adlı maraqlı oyun keçirildi. Daha ətraflı>>>



13.02.2009 | “Təkamül” muzeyində.

IV və IV a sinif şagirdləri fevral ayının 13-də Bakı Dövlət Universitetinin “Təkamül” muzeyində oldular. Tədrisdə insan orqanizmi ilə bağlı mürəkkəb mövzuların öyrənilməsini yenicə başa vurmuş şagirdlər yer üzündə həyatın yaranması, təkamül, flora və faunanın metamorfozu haqqında əldə etdikləri bilikləri muzeydə gördükləri ilə bir daha zənginləşdirdilər.Muzeydə insan və müxtəlif heyvanların rüşeyminin Daha ətraflı>>>



03.02.2009 | Qalaqapı

Hazırda şahmat, 100 xanalı dama, bric və hsiyan-tsi ilə yanaşı Olimpiya yarışları üzrə idman növü kimi bəyənilərək qədim türk oyunu Qalaqapı da intellektual oyunlar proqramına daxil edilib. Bu il, oktyabrın 3-dən 19-dək Pekində keçirilmiş bu oyuna hərəsi öz dilində: yaponiyalılar – qo, çinlilər vey-tsi, koreyalılar ba-duk, azərbaycanlılar isə, qalaqapı deyir. Olimpiya yarışlarında respublikamızın idmançıları da təmsil olunmuşdular. Daha ətraflı>>>



30.01.2009 | “7 möhür altında” İntellektual oyun

30.01.2009-cu il tarixində məktəbimizdə “7 möhür altında” oyununun seçmə turu, fevralın 2-si isə final oyunu keçirildi. Mustafayeva Məryəm, Şahsuvarova Cəmilə, Yusifzadə Məmmədəli, Musayeva Aydan, Qasımlı Fəthi – 7-ci sinif şagirdlərindən ibarət qaliblər komandası müəyyən edildi. Finikiyalıların niyə məhz belə adlandılrıldıqlarını, “Maldiv” sözünün hindi dilindən tərcümədə “saraylar adası” Daha ətraflı>>>







© 1997–2008 Western University