Foto
13Mar

QƏRB UNİVERSİTETİ TAM ORTA MƏKTƏBDƏ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

2017-ci ilin mart ayının 7-də Qərb Universiteti tam orta məktəbdə ingilis dilində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. İbtidai sinif şagirdləri öz analarını, nənələrini və müəllimlərini ingilis dilində təbrik etdilər. Tədbirdə anaların iştirakı ilə müsabiqələr keçirildi, ingilis dilində şeirlər səsləndi və mahnılar oxundu.