Foto
10Jun

3R sİnfİndə açıq dərs.

2017-ci il iyunun 6 3R sinfində “Ümumiləşdirici tapşırıqlar” mövzusunda açıq dərs keçirilmişdir. Dərs interaktiv qaydaya uyğun olaraq qruplarla iş metoduyla aparılıb. İnteqrasiya etməklə müəllim Şimçenko Yelena şagirdlərin geniş bilik sahəsini əhatələndirə bilmişdir. Şagirdlər 4 fənn üzrə araşdırma işinə cəlb olunaraq əldə etdikləri bilikləri inamla analiz və sintez ediblər. Məktəbimizdə keçirilən açıq dərslərin təcrübəsi məktəbəqədər və məktəb arasındakı sıx əlaqəni həyata keçirmək prinsipinin mümkün olduğunu aşılayır. Açıq dərsdə digər məktəbəqədər müəssisələrin qonaqları iştirak ediblər.