Foto
19May

2016-2017-Cİ TƏDRİS İLİ ÜÇÜN HAZIRLIQ QRUPUNA VƏ I-XI SİNİFLƏRƏ ŞAGİRD QƏBULU

Qərb Universiteti tam orta məktəb 2016-2017-ci tədris ili üçün hazırlıq qrupuna və I-XI siniflərə şagird qəbulu elan edir.

Məktəbin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilirlər.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqlar “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə imtahan vasitəsilə qəbul edilir.

Məktəbə qəbul olunan uşaqların valideynləri ərizə ilə müraciət edirlər.

I sinfə qəbul olunan şagird məktəb psixoloqu, ibtidai sinif müəllimi tərəfindən yoxlanılır və müsbət rəy alındıqdan sonra məktəbə qəbul olunur.

Qərb Universiteti tam orta məktəbin I sinfinə daxil olmaq üçün tələb olunan sənədlər:

1. Şagirdin doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti

2. Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti

3. Şagirdin 3x4 ölçüdə (2 ədəd) fotoşəkli

4. Valideynin iş yerindən arayış

5. Uşağın sağlamlığı haqqında tibbi kartı

6. Məktəbəqədər qrupunu bitirməsi haqqında arayış (əgər varsa)

II-XI siniflərə qəbul aşağıdakı qaydada aparılır:

1. Əsas 3 fənn - ana dili, ingilis dili və riyaziyyat fənnləri üzrə testlər

2. Məntiq testlər

3. Psixoloji testlər

Hörmətli valideynlər, ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

İstiqlaliyyət, 27, AZ 1001, Tel: 492 77 24; 492 74 18

E-mail: administration@wu.edu.az

www.junior.wu.edu.az