Foto
14Jun

2017- ci ilin iyunun 14 Qərb Universiteti tam orta məktəbdə son zəng çalındı.

Məzunlarımızı məktəbi bitirmələri münasibəti ilə təbrik edirik. Uşaqlıq arxada əl sallayaraq sizi yetkin həyata yola salır. Bu illər ərzində nələr olmadı ki həyatımızda: ilk qələbənin sevinci, öz üzərinizdə əzmlə, yorulmadan işlədiyiniz günlər valideynlərin yuxusuz gecələri. Artıq bunları geridə qoyub gələcəyə yeni cığır açmısız. Hər kəs özünə bir gələcək qurub. Təbii ki, sizlərdən hər biri özünə sənət seçmişdir. Bundan sonra bütün verilmiş müstəqil qərarların sahibi sizsiniz. Həyatınızın gələcək gedişatı sizdən asılıdır. Bu yolda sizə qədəmlərinizin uğurlu, fəth edəcəyiniz zirvələrin ucalarını və gələcəyinizin işiqlı olmasını diləyirik!