Foto
25Oct

Müəllimlər Günü

Oktyabrın 5-də Qərb Universiteti tam orta məktəbin şagirdləri öz müəllimlərini peşə bayramı münasibətilə təbrik etdilər. Şagirdlərin çıxışı rəqslərdən, mahnılardan, şeirlərdən, məktəb həyatından bəhs edən yumoristik səhnəciklərdən ibarət idi. Müəllimlər bu bayramdan böyük zövq aldılar.