Foto
24Oct

QƏRB UNİVERSİTETİ TAM ORTA MƏKTƏBDƏ 15 SENTYABR BİLİK GÜNÜ

Sentyabrın 15-də yeni tədris ili başladı. Məktəbin şagirdləri sırasına birinci sinif şagirdləri də qoşuldu. Bu təntənəli gün Azərbaycan Dövlət himninin səslənməsi ilə başladı, daha sonra məktəbin direktoru təbrik sözləri ilə çıxış etdi. Tədbirdə 1-ci sinif şagirdləri mahnılar ifa etdilər və şeirlər söylədilər. 2-ci sinif şagirdləri onları dəstəkləyərək birinci sinif şagirdləri haqqında şən mahnı ifa etdilər. Nəhayət ilk zəng çalındı.