Foto
16Mar

SALAM NOVRUZ!

2016-cı il martın 15-də Qərb Universiteti tam orta məktəbdə Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirin hazırlanmasında məktəb şagirdləri fəal iştirak etdilər. Onlar xonça bəzəyib, tamaşa üçün dekorasiyalar hazırlamışdılar. Milli geyimli şagirdlər qonaqlar üçün mahnılar oxudular, baharın simvolu olan səməni, şən qəhrəmanlar Keçəl və Kosa haqqında şeirlər söylədilər, rəqs etdilər.