Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Zəfər günü

Xarıbülbül yüksəkliyi 2020-ci ilin dekabr ayında bir qrup Azərbaycan alpinisti tərəfindən Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783 metr hündürlükdə adsız yüksəkliklərdən birinə Vətən müharibəsində şəhid olmuş 2783 nəfər Şəhidimizin (müharibə bitdikdən dərhal sonra elan olunan ilk rəsmi rəqəm) şərəfinə adlandırılmışdır.

Xınalıq-Qalaxudat hiking marşrutunun yaxınlığında yerləşən bu yüksəklik həmin ərazidən keçən yerli və xarici turistlərin məlumatlandırılmasında mühüm rol oynayır.

Sevindirici haldır ki, bu il ZƏFƏR günü ərəfəsində məktəbimizin 2R sinif şagirdi Günəş də həmin yüksəkliyə yürüşü uğurla tamamlayaraq Azərbaycan bayrağını dalğalandırıb.

Günəş deyir ki, bu uğuru aylarla davam edən uzun və mütəmadi məşqin nəticəsidir. O da gələcəkdə atası kimi güclü alpinist olub dünyanın bütün yüksəkliklərində Vətənimizin bayrağını dalğalandırmağı arzulayır.