Qərbi Kaspi Universiteti

Təchizat

Təchizat

Məktəbdə kompüter və dizayn istiqamətli təlimin dərindən mənimsənilməsinə, texniki vərdişlərin əldə edilməsinə də diqqət yetirilir. Təhsil prosesində təlim metodlarından biri kimi internet imkanlarından birbaşa istifadə olunur. 

Məktəbdə elmi, bədii ədəbiyyatla və dərsliklərlə təmin olunmuş elektron daşıyıcılı kitabxana, müasir avadanlıqla təchiz olunmuş kimya, fizika və biologiya laboratoriyaları, Mimio kabineti və elektron lövhələr şagirdlərin istifadəsinə verilir. Şagirdlərin tədris planında nəzərdə tutulmuş dərsliklərdən istifadə etmək hüququ var. Bununla əlaqədar olaraq, məktəbin kitabxanası onlara lazım olan bütün kitabları, video, audio və kompüter proqramları materiallarını dərs vəsaiti kimi verir.