Qərbi Kaspi Universiteti

Haqqımızda

Haqqımızda

Qərb Məktəbimiz yaxşı material bazaya malikdir, sinif otaqları və laboratoriyalar daha yüksək səviyyədə təchiz olunmuşdur. Özəl məktəblərdə siniflərin tərkibi daha kiçikdir, bu da hər bir uşağa  fərdi yanaşma imkanı verir və kimsəni nəzarətsiz qoymur. Bizim məktəbdə yalnız təcrübəli müəllimlər işləyir, hansılar ki, peşəkar mükafatlara malikdirlər və öz işində əsl mütəxəssislərdir. Məktəbimizdə tədris proqramına  mənim Azərbaycanım, Azərbaycan dilinin dərindən öyrənilməsi kimi əlavə fənlər salınmışdırki, buda öz növbəsində geridə qalan şagirdlər üçün əlavə dərslər keçirdiyimiz üçün digər məktəblərdən fərqlənir.

Dərslərdən sonra məktəbimizdə müxtəlif olimpiadalar, müsabiqələr keçirilir  və Ciu Citsu, Kitab həvəskarları klubu, Bacarıqlı əllər, Rəsmlər, Vakal, Rəqs, Uşaq Teatrı kimi krujoklar var. Həmçinin məktəbimizdə ibtidai siniflər üçün Xoreoqrafiya keçirilir. Orta siniflərdə iş texnikasının öyrənilməsi və sertifikatların verilməsi nəzərdə tutulur. Yay tətilini müəyyən bir elm sahəsindəki aktiv axtarışlarla birləşdirən bir yay məktəbimiz də var. Hər şənbə günü məktəbimizdə  geridə qalan şagirdlər üçün ixtisaslaşdırılmış dərslər üzrə əlavə dərslər keçirilir. Həmçinin saat 9.00-dan 16.00-ə qədər məktəbə hazırlıq üçün ayrı kurslarımız var. Məktəbimiz şagirdlərə buraxılış və qəbul imtahanlarına hazırlaşmağa kömək edir. Bunun üçün bizim bütün şəraitimiz var. Məktəbimizdə tədrisdən kənar olaraq könüllülük fəaliyyəti də  mövcuddur və tələbələr sonda sertifikatla təltif edilir

Tarixi 

Azərbaycan Respublikasının qabaqcıl təhsil müəssisələrindən biri olan Qərb Universiteti tam orta məktəb 2003-2004-cü tədris ilində fəaliyyətə başlayıb.

Məktəbdə tam orta təhsillə yanaşı xarici dillərin, iqtisadi və hüquq fənlərinin dərindən, müasir elmi-metodik tədris üsulları əsasında öyrədilməsi nəzərdə tutulur. Təlim prosesində əsas xarici dil kimi fransız, alman dillərinə xüsusi yer verilir.

Təlimin ardıcıllığı, fasiləsizliyi və səmərəliliyinin təmin olunması üçün şagirdlərin sağlamlığına və qida rejiminə daim nəzarət olunur. 

Məktəb nəqliyyatı şagirdləri hər gün dərsə vaxtında aparıb-gətirməklə yanaşı müntəzəm olaraq onların respublikamızın səfalı yerlərinə ekskursiyalarını da təmin edir.

Məktəb beynəlxalq standartlara və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tam orta təhsil proqramının tələblərinə cavab verən, Azərbaycanın və xarici ölkələrin universitetlərinə qəbul olunmaq üçün imkan yaradan orta təhsil verir. 

Qərb Universiteti tam orta məktəbin verdiyi attestat şagirdlərin böyük həyata ilk vəsiqəsi və gələcək karyeralarının təməli olacaqdır.

Üstünlüklərimiz

Beynəlxalq təcrübəyə əsaslanan mükəmməl təhsil bazası
Qəbul imtahanlarında HƏR İL 100 faizlik nəticə
Xarici dilləri mükəmməl mənimsəmə imkanı
Ən müasir laboratoriyalar
Şagirdlərin yüksək sosial aktivliyi
Xaricdə və ölkə daxilində YAY DÜŞƏRGƏLƏRİ
Şagirdlərə fərdi yanaşma
Tibbi xidmət
Psixoloq xidməti
Yüksək keyfiyyətli qidalanma
Müasir maddi texniki baza
Nəqliyyat xidməti