Qərbi Kaspi Universiteti

Məktəbin qaydaları

Məktəbin qaydaları

 

Məktəb məşğələləri bazar günündən başqa hər gün saat 9:00-da başlayır və saat 16:00-dək davam edir. Şənbə günü 10:00-dan 14:00-dək əlavə dərslər keçirilir.

Şagirdlər bütün dərslərdə iştirak etməli və sinfə vaxtında girməlidirlər. Bütün dərsburaxma və dərsə gecikmə halları müəllimlər tərəfindən sinif jurnalında qeydə alınır.

Tədris ili 2 yarımildən ibarətdir. Hər yarımilin sonunda (yanvar və iyun aylarında) yekun testlər, bütün fənlərdən cari testlər keçirilir.

Şagird dərslərə hazırlıqlı gəlməli, biliyini daim artırmalı və dərinləşdirməli, ümumi mədəni səviyyəsini, fıziki və psixoloji keyfiyyətlərini yüksəltməli, təhsil qanunvericiliyinə,məktəbin nizamnaməsinə, əxlaq və etika normalarına əməl etməlidir.

Şagird məktəbin bütün inventarına, texniki-metodiki vəsaitinə və başqa əşyalara qayğı ilə yanaşmalı, onlardan təyinatına uyğun istifadə etməlidir.

Təlimin ardıcıllığı, fasiləsizliyi və səmərəliliyinin təmin olunması üçün şagirdlərin sağlamlığına daim nəzarət olunur. Bu məqsədlə məktəbdə tibbi xidmət həyata keçirilir.

Şagirdlərə dərsdə olarkən mobil telefondan, peycerdən və digər kommunikasiya vasitələrindən istifadə qəti qadağandır. Dərs zamanı, yuxarıda göstərilən avadanlıqlar qapadılıb məktəb gözətçisinə verilməlidər.